Bakıda məktəb binasının damının şiferləri qopub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəb binasının damının şiferləri qopub

S.Xankişiyeva17:00 - 04 / 02 / 2022
Bakıda məktəb binasının damının şiferləri qopub

Bakıda məktəb binasının damının şiferləri qopub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda üçmərtəbəli orta məktəb binasının damında bir neçə şiferin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan şiferləri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər