Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib

S.Xankişiyeva10:07 - 05 / 02 / 2022
Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına müraciət edib

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - nazirlikdən qeyd olunub.

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər