Sevinc Fətəliyeva: Dünyanın böyük gücləri qalib Azərbaycanın yaratdığı reallıqları artıq qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Dünyanın böyük gücləri qalib Azərbaycanın yaratdığı reallıqları artıq qəbul edib

S.Xankişiyeva09:10 - 09 / 02 / 2022
Sevinc Fətəliyeva: Dünyanın böyük gücləri qalib Azərbaycanın yaratdığı reallıqları artıq qəbul edib

Avropa İttifaqının sədri qismində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında videokonfrans formatında keçirilən görüş regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması baxımından çox əhəmiyyətlidir. Görüş Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etməsi deməkdir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə olduğu kimi, bu görüşdə də dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə qoruduğunu vurğulayan deputat bildirib: “Görüş barədə verilən rəsmi məlumat da bunu təsdiqləyir. Bu görüşdə humanitar məsələlər, ərazilərin minalardan təmizlənməsi, etimad quruculuğu, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiya xətlərinin açılması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması diqqət mərkəzində olub. Dövlətimizin başçısı bu məsələlərlə bağlı mövqeyini qəti şəkildə bildirib və Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş 4 min nəfərə yaxın vətəndaşımızla bağlı məsələni xüsusi vurğulayıb”.

S.Fətəliyeva diqqətə çatdırıb ki, postmünaqişə dövründə Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması yönündə önəmli təşəbbüslərlə çıxış edib. Təşkilatın rəsmi nümayəndələri regiona dəfələrlə səfər edib və həmin səfərlər zamanı Avropa İttifaqının regionda iqtisadi əməkdaşlıq, ərazilərin minalardan təmizlənməsi, sərhəd probleminin təkliflər irəli sürülüb. Bütün bunlar deməyə əsas verir ki, Avropa İttifaqının təşəbbüsləri regionun gələcəyi üçün həqiqətən də faydalıdır.

Deputat bildirib ki, bütün bunlar ATƏT-in Minsk qrupunun gündəmdən çıxdığını göstərir. Nəzərə alaq ki, görüşlə bağlı verilmiş bəyanatda Minsk qrupunun və “Dağlıq Qarabağ”ın adı çəkilmir. Bu, o deməkdir ki, şərtləri artıq qalib Azərbaycan dövləti diktə edir və dünyanın böyük gücləri də ölkəmizin yaratdığı reallıqları qəbul edib.

Mövzu ilə əlaqədar oxuyun:

Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir

Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidenti videoformatda görüş keçirib - FOTO

Paylaş:
410

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər