“Media qanunu”: Hədəflər nədir? – Agentliyin şöbə müdirindən CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

“Media qanunu”: Hədəflər nədir? – Agentliyin şöbə müdirindən CAVAB

Qafar Ağayev10:58 - 09 / 02 / 2022
“Media qanunu”: Hədəflər nədir? – Agentliyin şöbə müdirindən CAVAB

“Kifayət qədər müxtəlif fikirlərin eşidildiyi və az qala bir ilə yaxın davam edən müzakirələrdən sonra “Media haqqında” Qanun artıq qüvvəyə mindi”.

1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA ) şöbə müdiri Natiq Məmmədli deyib.

“Praqmatik fikirlər də eşitdik, sərt, bəzən barışmaz və amansız iradlar da, hətta təhqirlər, ələsalmalar da. Oxuyub danışanların da səsini duyurduq, “oxumamışam amma ittiham edirəm” ritorikasına köklənmişlərin də. Reallığın gözünə dik baxan və bu sərt reallığı bizə də açıq şəkildə ifadə edən uzun illərin media adamlarının narahatlığı qanundan daha çox belə bir niyyətin nə dərəcədə səmimi olması ilə bağlı idi. Onlar bir qayda olaraq qanunun maddələrinə yox keçmişin xoş olmayan xatirələrinə istinad edirdilər”.

“Yəni mediamızın intellektual baqajında nə vardısa, hamısını qanunun müzakirəsi zamanı nümayiş etdirə bildi” – N.Məmmədli deyib:

“Biz də öz növbəmizdə cavabsız sual buraxmadıq. İşimizin düz və lazımlı olduğuna inanırdıq. Eşitdiyimiz heç bir fikir bizim üçün gözlənilməz deyildi, çünki ondan da sərt fikirləri öz aramızda özümüz səsləndirirdik və saatlarla yox günlərlə sürən bu müzakirələrdə həmin sərt sualların tutarlı cavablarını da özümüz tapırdıq.

Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

- Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;

- Milli informasiya resurslarımızın güclənməsinə;

- Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;

- Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;

- Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;

- Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;

- Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;

- Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə”.

Şöbə müdiri deyib ki,“Media Qanunu” ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verdi.

“Bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir. Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır. Amma unutmayaq, “Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır”.

Paylaş:
315

Son xəbərlər

DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36
Bütün xəbərlər