Vətən Müharibəsi iştirakçısı sensasiyalı 3D model BMW-dən və polis maşınlarına olan həvəsindən danışıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Vətən Müharibəsi iştirakçısı sensasiyalı 3D model BMW-dən və polis maşınlarına olan həvəsindən danışıb - FOTO - VİDEO

S.Xankişiyeva12:01 - 09 / 02 / 2022
Vətən Müharibəsi iştirakçısı sensasiyalı 3D model BMW-dən və polis maşınlarına olan həvəsindən danışıb - FOTO - VİDEO

Bir neçə gündür ki, sosial şəbəkələrdə yayılan 3D model ikiqapılı BMW markalı polis avtomobilinin videosu geniş müzakirələrə səbəb olub.

Avtomobil o qədər real görünür ki, hətta bir çoxları bunun proqram təminatının köməyi ilə hazırlanmış 3D model olması ilə bağlı təsviri oxumadan belə qərara gəliblər ki, yol polislərinə yeni avtomobillər verilib.

Animasiyanın müəllifi 3D-texnologiyası üzrə rəssam, Vətən Müharibəsi iştirakçısı Ayxan Azaddır.

Ayxan 1news.az-a verdiyi müsahibədə qeyd edib ki, 3D sənətinə və avtomobillərə maraq uşaqlıqdan yaranıb. Beləliklə o, bu iki həvəsini birləşdirərək gələcəyini bu sahə ilə bağlamaq qərarına gəlir.

“Müharibədən qayıtdıqdan sonra Azərbaycan televiziyalarının birində qrafik dizayner kimi işləməyə başladım. Asudə vaxtlarımda buna bənzər videolar hazırlayıb sosial şəbəkələrdə paylaşıram”, – Ayxan deyir.

Onun sözlərinə görə, uşaqlıqdan kompüter oyunlarında polis maşınlarını sürməyi çox sevirmiş. Bu səbəbdən onun məzmunlarının çoxu məhz polis maşınlarıdır.

“3D sənətini öyrəndikdən sonra gələcək animasiyalar üçün konsepsiyalar haqqında düşünməyə başladım. Təxəyyülümdə hansı markanın polis avtomobilləri üçün daha gözəl görünəcəyi ilə bağlı fikirlər yaranmağa başladı. Onları 3D məkanında yaradaraq, işimin nəticələrini abunəçilərimlə paylaşmağa başladım. Tez bir zamanda videolarım sosial şəbəkələrdə çox populyarlaşdı. Açığı, belə populyarlıq gözləmirdim”, – A.Azad deyir.

Rəssam üzərində işlədiyi hər 3D animasiyanın real görünməsi üçün maksimum səy göstərir. Təbii ki, belə realizmə nail olmaq uzun zaman və zəhmət tələb edir.

“Bu cür animasiyanı real göstərən bir neçə amil var. Burada işıq, kölgə, rəng, kamera işi mühüm rol oynayır. Bütün bunlara nail olsanız, o zaman yaratdığınız animasiyanı realdan ayırmaq çətinləşir. Əks halda, səhnə nə qədər yaxşı işlənsə də, istənilən real effekti verməyəcək”, - Ayxan deyir.

Həmsöhbətimizin sözlərinə görə, belə bir videonun ərsəyə gəlməsi ay yarıma yaxın vaxt aparır. Bu, həmçinin rendering və sonrakı emal mərhələlərini əhatə edir.

“Artıq iki ilə yaxındır ki, sosial şəbəkələrdə videolarımı paylaşıram. Son vaxtlar işimin keyfiyyəti artdıqca videolarım daha da populyarlaşır.

Çox vaxt şərhlərdə hansı proqramlardan istifadə etdiyimi soruşurlar. Əsasən “Blender” proqramından istifadə edirəm. Sonrakı emal mərhələsində isə mənə “Adobe After Effects” proqramı lazım olur”, - A.Azad deyir.

Rəssam avtomobillərlə yanaşı, müxtəlif məkanları da modelləşdirməyi xoşlayır. Məsələn, qarajlar, magistral yollar və s.. Yəni bu və ya digər şəkildə avtomobillərə aid olan yerləri.

Gələcək planlarından danışan Ayxan Azərbaycanda kino sənayesinin inkişafına töhfə vermək istədiyini qeyd edib:

“Maşınlar haqqında film çəkmək istəyirəm. Hətta bu filmin ssenarisini də yazırıq. Bu layihənin reallaşması mənim ən böyük arzularımdan biridir”.

Qeyd edək ki, Ayxan Azad Vətən Müharibəsinin başladığı elə ilk günlərdən könüllü olaraq döyüşlərə qoşulub. Doğma Qarabağımızın düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Cəbrayıl, Zəngilan və Qubadlının azadlığı uğrunda döyüşüb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Paylaş:
3762

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər