COVID-19 pasportu olmayan 59 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 pasportu olmayan 59 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:34 - 12 / 02 / 2022
COVID-19 pasportu olmayan 59 nəfər toya buraxılmayıb

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 59 nəfər şənliyə buraxılmayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 170 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 59 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər