Aİ Dünya Bankı ilə Azərbaycana yardımın ayrılması üçün saziş imzalayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aİ Dünya Bankı ilə Azərbaycana yardımın ayrılması üçün saziş imzalayacaq

Qafar Ağayev13:41 - 14 / 02 / 2022
Aİ Dünya Bankı ilə Azərbaycana yardımın ayrılması üçün saziş imzalayacaq

Avropa İttifaqı (Aİ) ilə Dünya Bankı arasında Azərbaycana texniki yardımın göstərilməsi ilə bağlı qrant sazişi imzalanacaq.

Dünya Bankının Bakıdakı ofisindən 1news.az-a verilən məlumata görə, 5,25 mln. ABŞ dolları dəyərində və üç il müddəti olan "Azərbaycana texniki yardim aləti" (Azerbaijan Technical Assistance Facility) adlı layihə Dünya Bankı tərəfindən icra olunacaq.

Qeyd edək ki, layihə Aİ-nin ölkədəki dörd prioritet istiqamətini əhatə edir.

Xatırladaq ki, bundan əvvəl, Aİ-nin qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi bildirmişdi ki, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 mlrd. avroluq maliyyə paketi ayrılıb və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirilir.

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər