Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun qüvvəyə minib
Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun Türkiyədə "Resmi Gazete"-də öz əksini tapıb.
1news.az xəbər verir ki, qanuna əsasən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edilir.
Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunu 2022-ci il 12 fevral tarixində imzalayıb.
770