Deputat: “Bu, İlham Əliyevin böyük qayıdışla bağlı xalqımızın arzularını gerçəkləşdirməsinin göstəricisidir”
“Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri Prezident İlham Əliyevin böyük qayıdışla bağlı xalqımızın 30 illik arzularını gerçəkləşdirməsinin göstəricisidir”.
Bu barədə 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə ilk növbədə kommunikasiyaların bərpası və yenidən qurulması layihələri həyata keçirildi ki, bu birinci mərhələnin ən vacib komponentlərindən biri idi. Yol və nəqliyyat layihələrinin icrası istər ərazilərimizin minalarla çirkləndirilmiş olması baxımından istərsə də köhnə infrastrukturun tamamilə dağıdılması səbəbəbilə ən çətin vəzifələrdən biri idi. Qısa müddətdə demək olar ki, azad edilmiş ərzailərimizin böyük bir hissəsində bu işlər çox sürətlə həyata keçirildi”.
“İknci mərhələ isə enerji layihələrinin icra olunması idi” – deputat əlavə edib:
“Bu da özlüyündə mürəkkəb və yenə də təhlükəsizlik məsələləri baxımından olduqca çox diqqət və zaman tələb edən məsələ idi. Ancaq Azərbaycan qısa müddətdə bu çətinliklərin öhdəsindən gəlməyi bacardı. Hazırda işğaldan azad edilmiş ərazilərimiz, hər iki iqtisadi rayon, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə elektrik enerjisi təminatı layihələri təkcə bugünkü deyil, eyni zamanda perspektiv tələbatı da nəzərə alınmaqla elə icra edilib ki, onlar elektrik enerjisi ilə təhcizatın uzunmüddətli təminatçısı olacaqdır.
Deputat deyib ki, təkcə son Ağdam səfəri zamanı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam və Ağcabədi rayonlarında 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonundaisə “Ağcabədi” yarımstansiyasının açılışlarında iştirak etdilər.
“Bu yarımstansiyalar eyni zamanda ölkəmizin ümumi enerji şəbəkələrinə inteqrasiya edilməklə etibarlı təhcizat üçün mühüm təminatçı olacaqlar. Beləliklə yol və enerji kommunukasiyalarının ən yüksək səviyyədə qurulması Qarabağ iqtisadi rayonunun inkişafı üçün mühüm rol oynayan paralel kommunikasiyalar olacaq. Şübhəsiz ki, yalnız bundan sonra azad edilmiş ərazilərimizdə sənaye kompleksləri və digər iş yerlərinin yaradılmasından danışmaq mümkündür ki, artıq bu istiqamətdə də paralel olaraq ardıcıl və sistemli addımlar atlımaqdadır. Ağdam səfəri zamanı Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması hadisəsi gələcək iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətli hadisə oldu. Çünki məskunlaşma və böyük qayıdış özlüyündə iş yerlərinin açılması və sosial təminatın əvvəlcədən yaradılmasını tələb edir ki, bu da qayıdış və məskunlaşma problemlərinin həllinə kompleks yanaşmanı şərtləndirir”.
“Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin Ağdama səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması, hazırkı dövrə kimi ölkəmizdə müasir səhiyyə infrastrukturunun qurulması işlərinin tərkib hissəsi kimi işğaldan azad olunmuş ərazilərimizdə də səhiyyə xidmətlərini əlçatan edəcək ki, bu da öz doğma yurdlarında yenidən məskunlaşan vətəndaşlarımız üçün zəruri sosial və tibbi xidmət təminatı olacaq” – deyə, H.Babaoğlu əlavə edib:
“Ən mühüm məsələlərdən biri isə 30 il işğal altında qalmaqla erməni vandalları tərfindən dağıdılan və təhqir edilən mədəni irsimizin bərpası məsələsidir ki, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri mühüm əhəmiyyət kəsb edir. Ağdam Cümə məscidi xalqımızın yüzilliklər boyu dini-mənəvi həyatında mühüm rol oynamış dini abidə kimi mənəvi kontekstə olduqca qiymətli abidələrimizdən biridir. Onun bərpa edilməsi eyni zamanda mənəvi dirçəlişimiz və bütövlüyümüznü simvollarından birinin bərpası kimi əhəmiyyətlidir. Ona görə də işğaldan azad olunmuş ərazilərimizdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu olduqca böyükdür və xalqımız tərəfindən çox yüksək qiymətləndirilir . Səfər çərçivəsində Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması isə qısa müddətdə doğma yurd yerlərimizə qayıdacağımızın müjdəçisi oldu”.