Ombudsman Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib | 1news.az | Xəbərlər
Siyasət

Ombudsman Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

S.Xankişiyeva16:25 - 17 / 02 / 2022
Ombudsman Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qaradağlı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

1news.az-ın verdiyi xəbərə görə, çağırış mətnində deyilir:

"Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törətmişdir.

Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilmişdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər".

Mövzu ilə əlaqədar oxuyun:

Qaradağlı qətliamından 30 il ötür

Malıbəyli və Quşçular qətliamından 30 il ötür

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər