Zəncirvari qəzada 100-dən çox avtomobil toqquşdu | 1news.az | Xəbərlər
Dünya

Zəncirvari qəzada 100-dən çox avtomobil toqquşdu

16:08 - 18 / 02 / 2022
Zəncirvari qəzada 100-dən çox avtomobil toqquşdu

ABŞ-ın İllinoys ştatında 100-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştat polisi bildirib.

Qeyd olunur ki, qəzaya güclü qar yağması ilə əlaqədar görüş məsafəsinin azalması səbəb olub. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Bölgədə kəskin hava şəraiti ilə əlaqədar magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

1news.az

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər