Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olunub

S.Xankişiyeva11:02 - 18 / 02 / 2022
Nərimanov və Nizami rayonlarına yeni icra başçıları təyin olunub

Prezident İlham Əliyev E.Ş.Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Həmçinin dövlət başçısının imzaladığı digər sərəncamla, Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Paylaş:
1535

Son xəbərlər

Bütün xəbərlər