İqtisadi Şurada Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İqtisadi Şurada Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb

S.Xankişiyeva16:07 - 19 / 02 / 2022
İqtisadi Şurada Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb

Xəbər verildiyi kimi, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a abildiriblər ki, iclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.

İclasda inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.

Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub.

Həmçinin qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

Paylaş:
1430

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər