İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir

Qafar Ağayev13:16 - 21 / 02 / 2022
İlham Əliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırlatdı. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğuladı.

Paylaş:
893

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər