İlham Əliyev: Azərbaycanla Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycanla Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var

Qafar Ağayev12:20 - 21 / 02 / 2022
İlham Əliyev: Azərbaycanla Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var

Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.

1news.az-ın məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar polşalı Andjey Dudaya ünvanladığı təbrikdə yer alıb.

Təbrikdə deyilir: “Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik”.

Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmasların və ali səviyyəli səfərlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycan-Polşa əlaqələrinin dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Paylaş:
239

Son xəbərlər

Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22
Bütün xəbərlər