Azərbaycanlı deputat Ermənistan deputatına söz vermədi: “Gör nə günə qalmışıq ki, İrəvanda...” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat Ermənistan deputatına söz vermədi: “Gör nə günə qalmışıq ki, İrəvanda...” - VİDEO

Qafar Ağayev16:37 - 22 / 02 / 2022
Azərbaycanlı deputat Ermənistan deputatına söz vermədi: “Gör nə günə qalmışıq ki, İrəvanda...” - VİDEO

Ermənistanın paytaxtı İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasının Enerji Komitəsinin iclasında Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan deputatına söz verməyib.

1news.az xəbər verir ki, bununla bağlı Tahir Mirkişili öz “Facebook” hesabında paylaşım edib:

“Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edir, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!” – deyə, deputat əlavə edib.

Paylaş:
1721

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər