Ərdoğan və Zelenski arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Qafar Ağayev17:27 - 22 / 02 / 2022
Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı tviterdə məlumat verib.

“Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə təşəkkür etdim. Həmçinin Almaniya, Ukrayna və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə minnətdarlığımı bildirdim”, - Ukrayna lideri qeyd edib.

Paylaş:
957

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər