İlham Əliyev: “Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”

Qafar Ağayev17:49 - 22 / 02 / 2022
İlham Əliyev: “Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”

Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb edəcək.

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər bizim fəal işimizin, qarşılıqlı əməkdaşlıq potensialının yüksəldilməsinin çox yaxşı nümayişidir. Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”.

Paylaş:
1358

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər