Fərhad Məmmədov: “Rusiya ilə Azərbaycan arasında imzalanacaq müttəfiqlik bəyannaməsi Ermənistanda qıcıq doğuracaq”
Rusiya ilə Azərbaycan arasında imzalanacağı gözlənilər müttəfiqlik bəyannaməsi iki dövlət arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsidən müttəfiqlik səviyyəsinə qaldıracaq.
1news.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov İctimai televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində çıxışı zamanı Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində imzalanacağı gözlənilən Rusiya-Azərbaycan müttəfiqlik bəyannaməsi ilə bağlı gözləntiləri şərh edərkən deyib:
“Azərbaycan Prezidenti bir neçə dəfə bu haqda eyhamlar vurmuşdu. Soçidə keçirilən üçtərəfli görüşdən sonra keçirilən yekun konfransda belə bir fikir səsləndirdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq və strateji tərəfdaşlıqdan da artıqdır. Dövlət başçısı Yeni il təbrikində isə bildirmişdi ki, Azərbaycan Rusiya ilə münasibətləri dərinləşdirir və inanır ki, bu münasibətləri rəsmi səviyyəyə qaldıra biləcək”.
Rusiya ilə Azərbaycan arasında imzalanacağı gözlənilər müttəfiqlik bəyannaməsinə Ermənistanda gözlənilən reaksiyalarla bağlı gözləntilərini də diqqət çatdıran F.Məmmədov sözügedən bəyannamənin Ermənistanda qıcıq doğuracağını, revanşist qüvvələrin planlarına ciddi zərbə vuracağını söyləyib.
Verilişin geniş buraxılışına aşağıda baxa bilərsiniz:
1news.az