İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib – FOTO

Qafar Ağayev11:28 - 22 / 02 / 2022
İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib – FOTO

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Paylaş:
1496

Son xəbərlər

Bütün xəbərlər