Türkiyədə “Dinməyən acı: Xocalı” adlı kitab nəşr olunub | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə “Dinməyən acı: Xocalı” adlı kitab nəşr olunub

S.Xankişiyeva16:00 - 23 / 02 / 2022
Türkiyədə “Dinməyən acı: Xocalı” adlı kitab nəşr olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən “Dinməyən acı: Xocalı” adlı siyasi-tarixi və sənədli kitab nəşr olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı əsər 8 fəsildən və 688 səhifədən ibarətdir. Nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu, tərcüməçi Mətin Yıldırımdır.

Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan dövlətinin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, qondarma “Böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımının səbəb və məqsədlərinə aydınlıq gətirilib.

Əsərdə Xocalı faciəsinin soyqırımı aktı kimi tanıdılması istiqamətində həyata keçirilən hüquqi-siyasi proses, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımlar barədə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin qərarları, Xocalı soyqırımının acılarını yaşayan soydaşlarımızın ifadələri, faciə barədə 1992-ci ildə dünya mətbuatında yer alan xəbərlər tədqiqata cəlb olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının ümumdünya sülh çağırışı olduğunu əsaslandıran müəllif Xocalı soyqırımının tanınması ilə bağlı indiyədək mövcud olan sənədləri, eləcə də bütün dünyada salınan Xocalı parkları və abidələri barədə məlumatları ayrı bir fəsildə oxuculara təqdim edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə kitabda “Zəfər bölümü” başlığı ilə verilib. Böyük Zəfərə və ondan sonrakı proseslərə aid bütün sənədlərin mətni əsərdə əksini tapıb.

Kitabda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini, yaşayış yerlərini və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən fotolar AZƏRTAC tərəfindən lentə alınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a verdiyi müsahibənin kitabın mövzusuna aid olan əsas məqamları əsərin sonunda xüsusi bir bölümdə təqdim olunub.

Mövzu ilə əlaqədar oxuyun:

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib – FOTO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

“Sevinj Stories”: Xocalı soyqırımında həlak olmuş qızın Instagram hesabı – FOTO – VİDEO

Paylaş:
1005

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər