Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO

S.Xankişiyeva09:05 - 23 / 02 / 2022
Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş oldu.

Prezident İlham Əliyevi salamlayan Mixail Mişustin dedi: Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi bir daha salamlayım. Bu gün Vladimir Vladimiroviç Putin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökuməti liderlərimizin qərarlarını həyata keçirmək üçün nə lazımdırsa edəcək.

Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk. Bu dostluq bizim qardaş xalqlarımızın sıx əlaqələrinə əsaslanır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bizim mehriban qonşuluğumuzun tarixinin kökləri əsrlərin dərinliyinə gedib çatır. Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, - Siz yəqin bu barədə ətraflı danışdınız, - 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar üçün böyük potensial mövcuddur. Bizim hökumətlərarası komissiya bu məsələni fəal həll edir. Rusiya Federasiyası tərəfindən komissiyaya Baş nazirin müavini Aleksey Loqvinoviç Overçuk kuratorluq edir. Rusiya şirkətlərinin Azərbaycana müntəzəm işgüzar missiyaları da müsbət nəticələr verir. Biz bu əlaqələri, Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunan səfərləri davam etdirmək istərdik. Biz, həmçinin regionlararası əlaqələrimizə də böyük diqqət yetiririk. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir.

Biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik. Bizim tərəfimizdən Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərimizdən ibarət briqadalar göndərilib. Bu günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək.

Bir daha Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazın inkişafına imkan verən mühüm Bəyanatını xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir. Bizim zəngin gündəliyimiz var. Sağ olun. Biz şadıq ki, Siz bizim Rusiya Federasiyası Hökumətinin Əlaqələndirmə Mərkəzinə gəlmisiniz. Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimizin bütün aktual məsələlərini müzakirə etməyə hazırıq. Buyurun, söz Sizindir, hörmətli İlham Heydər oğlu.

X X X

Prezident İlham Əliyev dedi: Çox sağ olun, hörmətli Mixail Vladimiroviç. Xoş sözlərə görə sağ olun. Siz tamamilə düzgün olaraq qeyd etdiniz ki, bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir. Bu gün Vladimir Vladimiroviç ilə biz çox söhbət etdik, həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə dair çox mühüm mövzuları müzakirə etdik. Əlbəttə, mətbuat qarşısına çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində qalacaq bu günün vacibliyini qeyd etdik. Əlbəttə, rəmzi haldır ki, bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində baş verir. Başqa məsələlərdən əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini də ətraflı nəzərdən keçirdik, əlaqələrimizin necə inkişaf etməsindən məmnun olduğumuzu bildirdik. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir. Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik.

Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək.

Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim hüquq-müqavilə baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.

Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca təşəkkür etmək istərdim. Biz çox minnətdarıq ki, bizə mütəxəssis briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz “Sputnik-V” vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə işləmək niyyətindəyik.

Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir daha sağ olun. Əlaqələndirmə Mərkəzinin çox maraqlı təqdimatına görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn praktiki məsələləri müzakirə edəcəyik. Sağ olun.

Paylaş:
668

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər