Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir - Vüqar Rəhimzadə | 1news.az | Xəbərlər
Siyasət

Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir - Vüqar Rəhimzadə

11:15 - 23 / 02 / 2022
Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir - Vüqar Rəhimzadə

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər quran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın ötən ilin iyununda qardaş Türkiyə ilə müttəfiqlik sənədini, bu il fevralın 22-də isə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması da postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər iki sənəd ölkələr arasında müttəfiqlik münasibətlərinin inkişafında, əlaqələrdə yeni mərhələnin başlanmasında əhəmiyyətli rol oynayacaq.”

1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədri kimi Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür, respublikamızın digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib: “Bəyannamənin imzalanması regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Azərbaycan dövlətinin xarici siyasətində qonşularla əlaqələrin yeni prioritetlər üzrə inkişafı əsas yer tutur. Azərbaycan-Rusiya münasibətləri tarixi köklərə malikdir. Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərimizin inkişafında yeni mərhələnin başlanmasında stimulverici amildir. İki qonşu ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında, həmçinin dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı yüksək etimad mühiti əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv, düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı uğurlu inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasına, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə, xalqlarımızın əsaslı maraqlarının reallaşmasına öz müsbət təsirini göstərəcək: “Azərbaycan dövləti tarixi Zəfərimizin reallıqları fonunda Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini çatdırıb. Məqsəd bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının yaradılması prosesinin sürətləndirilməsidir. Diqqət yetirsək görərik ki, son zamanlar dünya gücləri Azərbaycanla əlaqələrin inkişafında maraqlı olmaqla yanaşı, bu istəklərini regionda dayanıqlı sülhə töhfələr verməyə səy göstərməklə ifadə edirlər. Məsələyə bu kontekstdən yanaşdıqda Moskva, Soçi, həmçinin Brüssel görüşləri günümüzün reallıqlarının aydın mənzərəsini yaradır. Dayanıqlı sülhə töhfə vermək prosesində bu görüşlərlə bərabər, imzalanan sənədlər də öz əhəmiyyətli rolunu oynamaqdadır. Xüsusi vurğulamaq lazımdır ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürürlər.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir: “Azərbaycan dövləti daim Xəzərin dostluq, əməkdaşlıq dənizi olmasına çağırışlar edib. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin dəyişməz olan prinsiplərinə əsaslanır.”

“Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 44 günlük Vətən müharibəsində Qələbəmizdən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması bu yeni siyasi mühiti rəsmən təsbit edir. Türkiyə ilə Şuşa Bəyannaməsinin, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə görüşü qurumun ölkəmizlə münasibətlərinin hazırkı səviyyəsinə işıq saldı. Bu görüşlərin ardınca bu il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Bu görüş Brüssel sülh gündəliyinin davamı kimi dəyərləndirildi.”

Vüqar Rəhimzadə aparılan təhlillərə söykənərək bu fikri xüsusi qeyd edib ki, dünyanın bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir: “Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş imzalamağa hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, dünyanın bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə Azərbaycanın diplomatiyasının uğurudur. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, həmçinin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın Azərbaycan ilə münasibətlərinin yüksələn xətlə inkişafı, ölkələrimiz arasında müttəfiqlik Bəyannaməsinin imzalanması postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq. Bu baxımdan imzalanan Bəyannamə Ermənistana böyük zərbədir. Bugünədək dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhrələnən işğalçı Ermənistan artıq dünya güclərinin Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləmələrinin şahididir. Ermənistanın sülh müqaviləsini imzalayıb yeni reallıqların diktə etdiyi gerçəklikləri qəbul etməkdən başqa yolu yoxdur”.

1news.az

Paylaş:
867

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər