Rusiya XİN Türkmənçay Müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN Türkmənçay Müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO

S.Xankişiyeva14:50 - 24 / 02 / 2022
Rusiya XİN Türkmənçay Müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO

Rusiya Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair səhvi aradan qaldırıb.

1news.az-ın verdiyi xəbərə görə, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözü qeyd edilib.

Azərbaycan XİN bununla bağlı açıqlama yayıb. Rusiyanı XİN-i bu təhrifi aradan qaldırmağa çağırıb.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiya XİN-in Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşımı təəssüf doğurur – XİN

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər