Rusiya XİN-in Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşımı təəssüf doğurur – XİN | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN-in Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşımı təəssüf doğurur – XİN

S.Xankişiyeva09:36 - 23 / 02 / 2022
Rusiya XİN-in Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşımı təəssüf doğurur – XİN

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya Federasiyası XİN-in sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunur:

“Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan və Rusiya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO

Azərbaycan və Rusiya Prezidentləri arasında təkbətək görüş olub – YENİLƏNİB

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə - MƏTN

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər