Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

S.Xankişiyeva09:43 - 24 / 02 / 2022
Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın Buta Airways aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

1news.az-a Buta Airways-in mətbuat xidmətindən verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər:

"Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik".

Mövzu ilə əlaqədar oxuyun:

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Paylaş:
860

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər