Ermənistan Xocalıya görə hüquqi müstəvidə cavab verməlidir - Hikmət Hacıyev
Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir.
1news.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.
H.Hacıyev bildirib ki, Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırımı törədilib.
"Ermənistan Xocalıya, törətdiyi digər qətliamlara görə hüquqi müstəvidə cavab verməlidir. Ermənistan cəmiyyəti də tarixlərində olan bu qara səhifəyə görə mütləq üzr istəməlidir",- H.Hacıyev deyib.
1news.az