Leyla Abdullayeva: Bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib | 1news.az | Xəbərlər
Siyasət

Leyla Abdullayeva: Bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib

S.Xankişiyeva16:08 - 02 / 03 / 2022
Leyla Abdullayeva: Bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb. Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilərlər. Onlar üçün viza rejimi ləğv edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, bu günədək Ukraynadan 4000-ə yaxın azərbaycanlı sərhədi keçib. Hazırda hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi əsas məsələdir.

Leyla Abdullayeva, həmçinin qeyd edib ki, dünən 800-dən çox azərbaycanlı qatarla Xarkovdan Moldova istiqamətində yola salınıb.

Mövzu ilə əlaqədar oxuyun:

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Azərbaycan və Ukrayna Prezidentləri telefonla danışıb - FOTO

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ

Kiyevdə olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qatar yola düşəcək

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1508

Son xəbərlər

Bütün xəbərlər