Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək - Səfir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək - Səfir

S.Xankişiyeva10:15 - 02 / 03 / 2022
Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək - Səfir

Bu gün Moldovadan daha 700-ə yaxın azərbaycanlı təxliyə ediləcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

Səfir bildirib ki, hazırda Moldovada Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı 4 minə çatır.

"Təxliyə avtobuslarla olacaq. Hər avtobus 70 nəfər sərnişindən ibarət olacaq. Bundan başqa 174 nəfər təyyarə ilə Rumıniyadan ölkəmizə təxliyə edəcək. Bir çox vətəndaşımıza isə şəxsi avtomobilləri ilə təxliyə olunmaları üçün şərait yaratmışıq. Biz onları qarşılayıb yerləşdirməliyik. Ümumilikdə gün ərzində Moldovadan 600-700 azərbaycanlının təxliyəsi planlaşdırılır. Ukraynadan Moldovaya keçənlərin sayı isə qat-qat çox olacaq ”, - deyə Q.Osmanov bildirib.

Q.Osmanov qeyd edib ki, əvvəlki günlər avtobusla təxliyə edilən azərbaycanlılar artıq İstanbula çatıblar.

Mövzu ilə əlaqədar oxuyun:

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ

Kiyevdə olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: Qatar yola düşəcək

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1052

Son xəbərlər

Bütün xəbərlər