Belarus - Azərbaycan oyunu neytral meydançada keçiriləcək
Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda keçiriləcək.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Millətlər Liqasının qrup mərhələsində Belarus – Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq. Üstəlik, həmin görüşə azarkeş buraxılmayacaq.
Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev oyunlarına şamil edilib. Qərar dərhal qüvvəyə minib. Zərurət yaranarsa, vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbəti növbədənkənar iclaslar keçiriləcək.
Qeyd edək ki, Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.