Azərbaycan neftinin qiyməti 116 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 116 dolları ötüb

S.Xankişiyeva10:15 - 03 / 03 / 2022
Azərbaycan neftinin qiyməti 116 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75% və ya 4,2 dollar artaraq 116,1 dollar təşkil edib.

Xatırladaq ki, bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar (və ya 10,4%) artıb.

Paylaş:
1145

Son xəbərlər

Bütün xəbərlər