Çavuşoğlu: Şuşa Bəyannaməsi bir millət, iki dövlətə həqiqətən də yaraşan kimi oldu
Biz onsuz da təbii müttəfiqik, Şuşa Bəyannaməsi bir millət, iki dövlətə həqiqətən də yaraşan kimi oldu. Prezidentlərimiz bunu öz imzaları ilə sadəcə rəsmiləşdirdilər.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə bildirib.
Bəyannamədəki məsələlərin həyata keçirilməsi istiqamətində azərbaycanlı qardaşları ilə səylə çalışdıqlarını diqqətə çatdıran Mövlud Çavuşoğlu deyib: “Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələlərin bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq”.
Türkiyəli nazir qeyd edib ki, bölgəmizdə mühüm proseslər yaşanır, bundan başqa, Azərbaycanın Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyi önəmli layihələr var. “Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Mövzu ilə əlaqədar oxuyun: