Ötən il 30 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb | 1news.az | Xəbərlər
Siyasət

Ötən il 30 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

15:36 - 09 / 03 / 2022
Ötən il 30 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müəyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilmiş (bunlardan 30 nəfəri hesabat ili ərzində səfər edib) həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub.

1news.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Eyni zamanda, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Qeyd edilib ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.

Hesabat ili ərzində Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində, xüsusən təbii sərvətlərin istismarı, infrastruktur və sosial obyektlərin inşası kimi qanunsuz fəaliyyətlərin, həmçinin həmin ərazilərə qanunsuz səfərlərin qarşısının alınması istiqamətində tədbirlər görülmüş və müvafiq nəticələr əldə edilib.

1news.az

Paylaş:
507

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər