Lavrov: “İstəyirik ki, Avropa ölkələrinin fikirləri nəzərə alınaraq addımlar atılsın” | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: “İstəyirik ki, Avropa ölkələrinin fikirləri nəzərə alınaraq addımlar atılsın”

Qafar Ağayev14:44 - 10 / 03 / 2022
Lavrov: “İstəyirik ki, Avropa ölkələrinin fikirləri nəzərə alınaraq addımlar atılsın”

“Bugünkü görüşümüz nəticəsində məlum oldu ki, danışıqları əvəz edə biləcək heç bir şey yoxdur”.

1news.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Lavrov bildirib ki, bölgədə mülki insanlar qalxan kimi istifadə olunur.

“Rusiya Müdafiə Nazirliyi bu məsələlərlə bağlı məlumat verir. Humanitar dəhliz təklifi hələ də qüvvədədir. İstiqamətlər vəziyyətə nəzarət edənlər tərəfindən müəyyən edilir. Son danışıqlarda Rusiya tərəfi öz planını ətraflı şəkildə təqdim edib. Ukrayna tərəfi də ən qısa zamanda cavab verəcəklərini elan etdi. Biz Ukrayna böhranının kollektiv həllini istəyirik. İstəyirik ki, Avropa ölkələrinin fikirləri nəzərə alınaraq addımlar atılsın”.

Paylaş:
554

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər