Azərbaycan regionda qlobal rəqəmsallaşmanın lokomotivinə çevrilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan regionda qlobal rəqəmsallaşmanın lokomotivinə çevrilir

16:41 - 10 / 03 / 2022
Azərbaycan regionda qlobal rəqəmsallaşmanın lokomotivinə çevrilir

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir.

İqtisadi müstəqilliyin tam təmin edilməsi məqsədilə çoxvektorlu iqtisadi siyasət, uzun və ortamüddətli kompleks tədbirləri özündə əks etdirən geniş iqtisadi və sosial proqramlar həyata keçirilməklə düzgün və mükəmməl idarəetmə modeli tətbiq edildi.

Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafın, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən görülmüş əməli işlər çərçivəsində beynəlxalq və regional təşkilatlarla, eyni zamanda Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşmışdır.

Ölkəmiz sadəcə öz sərhədləri daxilində iqtisadi islahatlar həyata keçirməklə kifayətlənmir, eyni zamanda beynəlxalq platformalarda da dünya dövlətləri ilə səmərəli əməkdaşlıq edir, öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

Bu gün milyonlarla insanın yaşayışına təsir edən COVİD-19 pandemiyası nəticəsində qlobal iqtisadi böhranın, yoxsulluğun davamlı olaraq artdığı, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi və hərbi münaqişələrin davam etdiyi, habelə innovasiyaların tətbiqi ilə rəqəmsallaşma səviyyəsinin yüksəldiyi dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan bir sıra mötəbər beynəlxalq platformalar şübhəsiz ki, gündəmdə olan bir çox məsələlərin müzakirəsinə və yeni çağırışlara cavab verən vacib qərarların qəbuluna əlverişli mühit yaradırlar.

Bu beynəlxalq platformalardan biri də əsası 1971-ci ildə qoyulan, Azərbaycanın isə müstəqilliyini əldə etdikdən sonra ilk dəfə 1995-ci ildə iştirak etdiyi Davos Dünya İqtisadi Forumudur.

Forum dünyanın iqtisadi mənzərəsinin formalaşmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Artıq heç kəsə sirr deyil ki, bu gün yaşadığımız dünya əvvəlki kimi deyil. Yeni dünya düzənini xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımıdır. Qeyd edim ki, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.

Ölkəmizin bu qlobal çağırışlara hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta pandemiyadan öncə də dövlət gündəliyində mühüm yer tutur və Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı.

Beynəlxalq arenada Azərbaycanı nümunəvi ölkə kimi tanıdan Prezident İlham Əliyev ilk dəfə Davos Dünya İqtisadi Forumunun 2007-ci ildə keçirilmiş iclasında iştirak etmiş, keçən müddət ərzində qlobal əhəmiyyətli bir sıra təşəbbüslərlə yadda qalmışdır.

Bu məcrada Cənab Prezidentin 2020-ci ildə keçirilən Forumda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzaladığı Niyyət Protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri ölkə rəhbərliyinin Azərbaycanı dünyamızda baş verən dəyişikliklərin lokomotiv qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlirdi.

Ötən iki ildə dünyada və ölkəmizdə baş verən hadisələrə baxmayaraq cari ilin fevral ayının 23-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin iştirakı ilə MDB məkanında ilk dəfə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Bakıda mərkəzinin açılışı Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensialın mövcud olduğunun bariz nümunəsidir.

Dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması siyasi və iqtisadi müstəqilliyimizin daha da möhkəmlənməsi, eyni zamanda milli iqtisadiyyatın bundan sonra rəqəmsallaşmanın müasir çağırışlarına uyğun şaxələndirilməsi və ölkəyə əlavə investisiyaların cəlb edilməsi, habelə yeni iş yerlərinin, xüsusilə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Həyata keçirilən tədbirlərin yerli qanunvericiliyə uyğunlaşdırılması və idarə olunması yeni qanun layihələri təşəbbüslərinin iştirakını vacib edir, eyni zamanda qlobal iqtisadi yeniliklərin daha düzgün idarə olunması isə bu sahədə olan qanunvericiliyin daha da təkmilləşməsini diktə edir. Yaradılmış Dördüncü Sənaye İnqilabı mərkəzi Ali qanunvericilik orqanının – Milli Məclisin iqtisadi siyasət blokunun deputatları, mütəxəssisləri tərəfindən diqqətdə saxlanılmalıdır.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
390

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər