Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.
1news.az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.
Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.
“Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, - mətbuat katibi qeyd edib.
1news.az
814