Azərbaycanlı şəhid övladları Çanaqqalada Ərdoğanla görüşdü - FOTO
“1915-ci ildə olduğu kimi bu gün də qardaşlığımız güclüdür!”
1news.az xəbər verir ki, bunu Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları qurumunun (YTB) rəhbəri Abdullah Eren sosial şəbəkə hesablarında payıaşıb.
A.Eren deyib ki, Qarabağ Zəfərində şəhid olan igid azərbaycanlıların övladları bu gün YTB-nin dəstəyi ilə Çanaqqalada olublar.
“Onlar Prezidentimizlə görüşdülər, Qarabağdan gətirdikləri su ilə şəhidlərimizin mübarək məzarlarını suladılar" - deyə Abdullah Eren yazıb.
1097