Ukraynada kimya zavodunda ammonyak sızması ilə bağlı qəza aradan qaldırılıb - YENİLƏNİB
Ukraynanın "Sumıximprom" zavodunda ammonyakın sızması ilə bağlı qəza aradan qaldırılıb.
1news.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Telegram”da məlumat yayıb.
Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri işləri yekunlaşdırıb.
11:52
Ukraynanın Sumı şəhərində yerləşən “Sumıximprom” kimya sənayesi zavodunda ammonyak sızması baş verib.
1news.az bildirir ki, bu barədə Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski xəbər verib.
Məlumata görə, bu sızıntı təxminən 5 km radius əraziyə təsir edib. Jivitski daha sonra bildirib ki, zərər dəyən zona 2,5 km-ə qədər azalıb. Külək şəhər istiqamətindən olduğu üçün Sumı sakinlərinin həyatı və sağlamlığı üçün heç bir təhlükə olmadığı qeyd edilir.
Dmitri Jivitski teleqram kanalında yazıb ki, hazırda hadisə yerində zavodun və Fövqəladə Hallar Dövlət Xidmətinin təcili dəstələri işləyir: “Sumı üçün heç bir təhlükə yoxdur”.
1news.az