Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər – FOTO

S.Xankişiyeva11:14 - 23 / 03 / 2022
Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər – FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər