Azərbaycan neftinin qiyməti 125 dolları ötüb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 125,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,26 dollar/barel çoxdur.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 124,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,41 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,4 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 126,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,17 dollar/barel çoxdur.