Azərbaycan XİN-dən Ermənistan Təhlükəsizlik Şurasına CAVAB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN-dən Ermənistan Təhlükəsizlik Şurasına CAVAB

Qafar Ağayev15:07 - 29 / 03 / 2022
Azərbaycan XİN-dən Ermənistan Təhlükəsizlik Şurasına CAVAB

"Ermənistan Təhlükəsizlik Şurasının 28 mart 2022-ci il tarixli bəyanatı ilə əlaqədar bildirmək istərdik ki, bölgədə gərginliyin artmasının birbaşa səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Məhz Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarını pozulması bölgədə gərginliyi artırır və sülh quruculuğu səylərinə xələl gətirir".

1news.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

"Beynəlxalq çəkindirmə mexanizmlərinin işə salınması məsələsi ilə bağlı, Ermənistan rəhbərliyinin diqqətinə çatdırmaq istərdik ki, bəşəriyyət hələ ki, beynəlxalq hüquqdan başqa daha yaxşı beynəlxalq çəkindirmə vasitəsi düşünməyib. Ermənistan kimi bir dövlət, bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozub, digər tərəfdən beynəlxalq çəkindirmə mexanizmindən danışa bilməz. Əgər Ermənistan Təhlükəsizlik Şurasının üzvləri ən yaxşı beynəlxalq çəkindirmə vasitəsinin nə olduğunu hələ də bilmirlərsə, o zaman biz beynəlxalq hüququn fundamental prinsiplərini, o cümlədən, dövlətlərin suverenliyi və beynəlxalq sərhədlərinə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq öhdəliklərinə riayət etmək kimi prinsipləri bir daha onlar üçün təkrar edirik.

İki ölkə arasında hərtərəfli sülh sazişi üzrə danışıqlara başlamaq məsələsinə gəldikdə isə, xatırlatmaq istərdik ki, ilk olaraq Azərbaycan tərəfi ən yüksək səviyyədə hələ bir il bundan öncə Ermənistanla sülh sazişinin imzalanması təklifini irəli sürüb və bir ay öncə Sazişin əsaslanmalı olduğu konkret prinsipləri də səsləndirib. Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirisə, o zaman konkret addımlara keçmək zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır", - bəyanatda qeyd olunub.

Paylaş:
386

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər