Ceyhun Bayramov Bəhreyn Krallığından olan həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Bəhreyn Krallığından olan həmkarı ilə görüşüb

Qafar Ağayev16:28 - 29 / 03 / 2022
Ceyhun Bayramov Bəhreyn Krallığından olan həmkarı ilə görüşüb

29 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyada keçirilən “8-ci Berlin enerji keçid dialoqu” tədbiri çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi və perspektivlər barəsində geniş fikir mübadiləsi aparıldı.

Görüşdə nazirlər iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Bu xüsusda, Bəhreyn Krallığı tərəfindən beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin mövqeyinin dəstəklənməsi yüksək qiymətləndirildi.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim etdi.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Bəhreyn Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığı qeyd edildi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi apardılar.

Paylaş:
334

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər