Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub | 1news.az | Xəbərlər
Dünya

Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub

09:15 - 30 / 03 / 2022
Konqoda helikopter qəzasında 8 BMT sülhməramlısı həlak olub

Konqo Demokratik Respublikasında BMT-nin sülhməramlı qüvvələrinə (Mavi Dəbilqəlilər) məxsus helikopter qəzaya uğrayıb.

1news.az-ın xəbərinə görə, qəza nəticəsində göyərtədə olan 8 nəfərdən heç kim sağ qalmayıb. Onlardan altısı Pakistan, ikisi Rusiya, biri Serbiya vətəndaşıdır.

Məlumata görə, qəza Şimali Kivu əyalətində helikopter yerə enərkən baş verib. Qrup Rutşuru şəhərinin cənub-şərqindəki Tşanzu bölgəsində kəşfiyyat missiyası aparırmış.

BMT faktı təsdiq edib.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər