Nazir: Azərbaycan dost Polşa ilə münasibətlərin inkişafına önəm verir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycan dost Polşa ilə münasibətlərin inkişafına önəm verir

Qafar Ağayev13:34 - 31 / 03 / 2022
Nazir: Azərbaycan dost Polşa ilə münasibətlərin inkişafına önəm verir

"Azərbaycan Respublikası dost Polşa Respublikası ilə münasibətlərin inkişafına önəm verir" .

1news.az xəbər verir ki ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə keçirdiyi mətbuat konfransında bildirib:

"Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə inkişaf etməkdədir. Ölkələrimizin bir-birinə olan münasibəti iqtisadi əlaqələri inkişaf etdirməyə imkan verir".

C. Bayramovun sözlərinə görə, Polşanın ATƏT-də sədrliyi çox önəmli dövrlə təsadüf edir:

"Bu gün keçirilən müzakirələr zamanı Ukraynada baş verən məsələlər də müzakirə olunub. Bu hamını narahat edir. Eyni zamanda humanitar yardım məsələsi müzakirə mövzusu olub" .

Nazir bildirib ki, 20 minə yaxın Azərbaycan vətəndaşı Ukraynadan çıxarılıb:

"4 minə yaxın soydaşımız Ukrayna sərhədini məhz Polşadan keçiblər. Soydaşlarımıza göstərilən dəstəyə görə həmkarıma təşəkkür edirəm" .

Paylaş:
333

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər