İlham Əliyev: Ümid edirəm ki, Ermənistanın baş naziri ilə yeni görüş məhsuldar olacaq
Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilib ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaq.
1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib”, - deyə dövlətimiz başçısı vurğulayıb.