Britaniya səfiri: “Regionda sülh üçün minalar təmizlənməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Britaniya səfiri: “Regionda sülh üçün minalar təmizlənməlidir”

Qafar Ağayev12:43 - 01 / 04 / 2022
Britaniya səfiri: “Regionda sülh üçün minalar təmizlənməlidir”

Regionda sülh üçün yeni minaların yerləşdirilməsi dayandırılmalıdır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

O qeyd edib ki, əsas məqsəd olaraq gələcəyə fokuslanmaq lazımdır. “Bölgədə sülhün təmin edilməsi üçün minaları təmizləmək və yeni minalar yerləşdirməmək lazımdır", - deyə C.Şarp qeyd edib.

Səfir əlavə edib ki, Böyük Britaniya BMT-nin İnkişaf Proqramına göstərdiyi yardım sayəsində bir sıra britaniyalı ekspertlər ANAMA-ya öz dəstəyini nümayiş etdiriblər.

Paylaş:
311

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər