“Azər Türk Bank” dördüncü innovativ filialını açdı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azər Türk Bank” dördüncü innovativ filialını açdı – FOTO

S.Xankişiyeva12:00 - 04 / 04 / 2022
“Azər Türk Bank” dördüncü innovativ filialını açdı – FOTO

Dövlət bankı “Azər Türk Bank” xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank “Rəqəmsal 4” filialını müştərilərinin ixtiyarına verdi.

Paytaxtın Səbail rayonu ərazisində, Sahil və Xaqani bağları arasında, Üzeyir Hacıbəyov,16 ünvanda yerləşən bu filialda xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Bankın bu ofisində müştərilərə kreditlərödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Tezliklə Bankın eynilə bu konsepsiya üzərində daha üç filialının istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.

Azər Türk Bank son dövrdə artıq üç innovativ filialını müştərilərin ixtiyarına verib.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər