Kreml Rusiya və Ukrayna prezidentlərinin görüşünü təkzib etmir | 1news.az | Xəbərlər
Dünya

Kreml Rusiya və Ukrayna prezidentlərinin görüşünü təkzib etmir

16:43 - 05 / 04 / 2022
Kreml Rusiya və Ukrayna prezidentlərinin görüşünü təkzib etmir

Moskva Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş imkanını təkzib etmir.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş yalnız iki ölkə nümayəndə heyətlərinin danışıqları çərçivəsində sənədin razılaşdırılması baş tutduqdan sonra keçirilə bilər.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti jurnalistlərə açıqlamasında rusiyalı həmkarı ilə görüşə hazır olduğunu bildirmişdi.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər