Korrupsiyaya qarşı mübarizə davam edir - Prezident antikorrupsiya siyasətini gücləndirir | 1news.az | Xəbərlər
Köşə

Korrupsiyaya qarşı mübarizə davam edir - Prezident antikorrupsiya siyasətini gücləndirir

S.Xankişiyeva11:19 - 06 / 04 / 2022
Korrupsiyaya qarşı mübarizə davam edir - Prezident antikorrupsiya siyasətini gücləndirir

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə yeni səviyyəyə yüksəlib. Yaxın günlərdə, aprelin 4-də Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planını təsdiqlədi.

Yeni sənəd dövlət strukturlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət strukturları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektronlaşdırılması, habelə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinə yönəlib.

Sərəncama uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər öhdəliyinə alır:

- Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər;

- Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron formada göndərsinlər.

Prezident həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Mərkəzi Bankına və Hesablama Palatasına, habelə bələdiyyələrin milli assosiasiyalarına Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməyi tövsiyə edib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər. Dövlət başçısı Nazirlər Kabinetinə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməyi tapşırıb.

Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına Fəaliyyət Planının icrasının mütəmadi olaraq qiymətləndirilməsini təmin etmək, vətəndaş cəmiyyəti institutlarının bu prosesə cəlb edilməsi üçün tədbirlər görmək, Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq tövsiyə olunub.

Son zamanlar mərkəzi və regional hakimiyyət orqanlarında aparılan korrupsiyaya qarşı sərt mübarizə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanmış və həyata keçirilən kadr və struktur islahatlarının tərkib hissəsidir.

“Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sözdə deyil, əməldə aparılır” - deyən dövlət başçımızın bu sözləri nümayiş etdirir ki, cəmiyyətin ən kəskin problemlərindən birinin həlli onun siyasətinin əsas prioritetlərindən biridir.

Prezidentin bu sahədə strategiyasının əsas tərkib hissələri – dövlət idarəçiliyində şəffaflığın artırılması və elektron xidmətlərin inkişafıdır.

Korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında innovativ metodlardan istifadə mühüm rol oynayır. Azərbaycan brendi – “ASAN xidmət”in xidmətlərinin daim genişləndirilməsi bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunmasının mümkünlüyünü nümayiş etdirir. Bu gün bu strukturda vətəndaş-məmur münasibətlərini minimuma endirilərək, elektron hökumət, nağd puldan imtina və digər innovativ üsullarla müəyyən problemlərin aradan qaldırılması istiqamətində bir sıra addımlar atılır.

Vətəndaşlar bu siyasəti dəstəklədiklərini bildirirlər, çünki innovativ metodların tətbiqinin səmərəliliyi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə real uğurlara gətirib çıxarır.

Sistem xarakterli institusional tədbirlərlə yanaşı, inzibati tədbirlər və cəzalar korrupsiya, rüşvətxorluq və kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə daraldır.

“Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”, - dövlət başçısının bu bəyanatı göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin mərkəzində güclü siyasi iradə dayanır.

Eyni zamanda, Azərbaycan lideri vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizəyə cəlb edilməsinə, ictimai fəallıq, nəzarət və qınaq məsələlərinə də ciddi diqqət yetirir. “Bilirsiniz ki, mən daimi vətəndaşlarla əlaqə saxlayıram. Mən onlardan həm problemləri, həm də müsbət cəhətləri eşidirəm. Ona görə də hər bir dövlət məmuru bilməlidir ki, onun əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir, mənim tələbim budur. Amma buna nail olmaq üçün çox ciddi ictimai nəzarət lazımdır”, - deyə dövlət başçısı vurğulayır.

Milli Məclisin deputatı, tanınmış iqtisadçı ekspert Vüqar Bayramov 1news.az-a açıqlamasında bildirib ki, Prezidentin təsdiq etdiyi 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizənin 6 mühüm istiqamət üzrə gücləndirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Milli Planın əsas xüsusiyyətlərindən biri də bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və təkmilləşdirilməsidir:

“Bu, daha çevik və operativ tədbirlərin görülməsinə, o cümlədən müvafiq araşdırmaların aparılmasına, korrupsiya risklərinə səbəb olan amillərin müəyyən edilməsinə və konkret antikorrupsiya tədbirlərinin müəyyənləşdirilməsinə imkan yaradacaq”.

Ekspert qeyd edib ki, Milli Plan müasir tələblər və çağırışlar nəzərə alınmaqla hazırlanıb.

“Bu baxımdan, sənəddə yer alan, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, elektron xidmətlərin, o cümlədən vətəndaşların müraciətlərinin elektron qaydada qəbulu və qərarların qəbulunun genişləndirilməsini nəzərdə tutan məqama diqqəti cəlb edərdim. Vacib amillərdən biri də göstərilən xidmət sahələrində maarifləndirməyə diqqətin artırılmasıdır”, - deyə Vüqar Bayramov bildirib.

“Sənədin mahiyyəti ondan ibarətdir ki, konkret prioritetlər çərçivəsində konkret istiqamətlər müəyyənləşdirilib, onların icrasına məsul olan strukturlar göstərilib. Bu, korrupsiyaya qarşı mübarizənin effektivliyinin artırılması baxımından olduqca vacibdir”, - iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə, sənəddə nəzərdə tutulduğu kimi, korrupsiyaya qarşı mübarizədə sosial, iqtisadi və inzibati vasitələrin tətbiqinin genişləndirilməsi sosial təminatla bağlı bir sıra problemləri həll edə bilər.

“Bu baxımdan Milli Plan şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə tədbirlərinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılması üçün yeni imkanlar yaradacaq”, - Vüqar Bayramov bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Azərbaycanda rəqəmsal icra hakimiyyəti portalı yaradılacaq

“E-mühasibat” elektron portalı yaradılacaq

Paylaş:
3685

Sizin üçün xəbərlər

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər