Balaxanıda sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Balaxanıda sursat aşkarlanıb

10:02 - Bu gün
Balaxanıda sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Qeyd edilib ki, hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.

"Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib",-qurumdan əlavə edilib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər